Dek 08, 2017 10:43 Asia/Baku
  • Türkiyə İƏT-in fövqəladə iclas keçirməsini istədi

Türkiyə prezidenti İslam Əməkdaşlıq Təşkilatın üzv ölkələrin Qüds məsələsini araşdırması üçün fövqəladə iclas keçirməsini istəyib.

İSNA-nın məlumatına görə, Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın jurnalistlərə deyib: Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq rəsmən tanıması ardınca, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin rəsmilərinin 12-13 dekabr tarixində İstanbul şəhərində ABŞ prezidentinin qərarının mənfi nəticələrinin araşdırılması və Donald Trampın təhqiramiz hərəkəti qarşısında islam ölkələrinin vahid mövqeyinin tənzimlənməsi məqsədilə bu təşkilatın fövqəladə iclasında iştirak etmələrini istəyib. 

İslam Əməkdaşlıq Təşkilatı cümə axşamı günü bir bəyanatda ABŞ prezidenti Donald Trampın bu ölkə səfirliyinin Qüdsə köçürülməsinə dair fərmanını müsəlmanların emosiyalarına hörmətsizlik adlandırıb və onun BMT qanunları və qətnamələrinə zidd olduğunu və Qüdsün statusu haqda ABŞ-ın kollektiv qərardan çıxdığını bildirib. 

Teqlər