Dek 11, 2017 11:44 Asia/Baku
  • Netanyahu Ərdoğana qarşı çıxıb
    Netanyahu Ərdoğana qarşı çıxıb

Sionist rejimin baş naziri Türkiyə prezidentinə qarşı mövqe tutaraq, deyib ki, Ərdoğan onlara nəsihət verəcək bir kəs deyildir.

Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransının sual-cavab hissəsində İsrail rejimini uşaq qıran bir rejim adlandırmış Türkiyə prezidentinin sözləri barədə fikrinin nə olmasına dair sorğunun cavabında deyib: Cənab Ərdoğan bu sözlə İsrailə hücum edibdir. Mənim Türkiyənin daxilində kürd kəndliləri bombalayan, jurnalistlər və müxbirləri zindana salan bir liderin əxlaq tövsiyələri və sözlərinə qulaq asmaq adətim yoxdur.

Sionist rejim separatçılıq referendumunda İraq Kürdüstanı kürdlərinə dəstək vermiş yeganə rejim olubdur.

Teqlər