Dek 13, 2017 15:10 Asia/Baku
  • Ərdoğan: İsrail işğalçı və terrorçudur

Türkiyə prezidenti BMT-nin qətnamələrinə əsasən heç bir ölkənin Qüdsdə səfirlik açmaq haqqına malik olmadığını vrğulayıb.

Anadolu xəbər agentliyinin verdiyi  məlumata görə, Rəcəb Təyyib Ərdoğan çərşənbə günü İslam Əməkdaşlıq Təşkilatının fövqəladə İstanbul sammitində deyib: ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması tarixi, hüquqi və əxlaqi baxımdan dəyərsizdir və sadəcə işğala məruz qalmış fələstinliləri cəzalandırmaq məqsədi daşıyır.

Ərdoğan Fələstin məsələsinin ədalətli şəkildə həll edilməsinə təkid edərək, deyib: İsrail 1947-ci ildən bəri Fələstin torpaqlarının mərhələli şəkildə işğal edilməsi prosesini izləyib və bu tamamilə qeyri-qanunidir.

Türkiyə prezidenti həmçinin deyib: Fələstin məsələsinin ədalətli şəkildə həll edilmədiyi zamana kimi dünyada sülhdən danışmaq olmaz.

Türkiyə xarici işlər naziri mövlud çavuşoğlu da çərşənbə günü İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasının açılış mərasimində deyib: ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı olaraq tanımaq və bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş verməklə vicdanlı insanların hisslərinə hörmətsizlik edib. Çünki, bu ölkə Qüdsün İsrail tərəfindən işğal edilməsinə legitimlik vermək istəyir.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin fövqəladə sammiti bu gün İstanbulda işə başlayıb. Sammitin əsas mövzusu ABŞ prezidentinin Qüdslə bağlı qərarına qarşı mübarizə metodlarının müəyyən edilməsidir.