Yan 11, 2018 18:00 Asia/Baku
  • Ərdoğan Suriyanın şimalında yeni hökumətin yaradılmasını tənqid edib
    Ərdoğan Suriyanın şimalında yeni hökumətin yaradılmasını tənqid edib

Türkiyə prezidenti ABŞ-ın Yaxın Şərqdəki balansı olmayan siyasətlərini tənqid edərək bildirib: Heç kim Suriyanın şimalnda yeni bir hökuməti yaratmağa cürət etməməlidir.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün deyib: Ankara ABŞ-ın region olaylarına uyğunsuz və ziddiyyətli reaksiyalarının əvəzini ödəməməlidir. 

Ərdoğan Ankarada Prezident Sarayında etdiyi çıxışında ABŞ tərfindən Suriyada kürd yaraqlılara silah göndərilməsinə toxunub və bildirib: Heç kim Suriyanın şimalında yeni bir hökuməti yaratmağa cürət etməməlidir. 

Ərdoğan əlavə edib: Şübhəsiz Türkiyə ABŞ-ın Yaxın Şərq regionunda balansı olmayan siyasətlərinə dözəcək ölkələrdən deyildir. Həmçinin Ankara Avropanın region olayları qarşısındakı səhlənkarlığının əvəzini çıxmağa məcbur deyil. 

ABŞ Türkiyə hökumətinə müxalif qruplar üçün ağır silahlar olan 112 yük maşınını Suriyanın Həsəkə vilayətinə göndərib. Bu isə rəsmi Ankaranın nigaranlığına səbəb olub. 

Türkiyənin qənaətincə, kürd qruplar, o cümlədən YPG və PYD ABŞ və PKK qruplaşmasının dəstəyi ilə Suriyanın şimalında və Türkiyənin cənub sərhədlərində müstəqil kürd dövləti yaratmaq niyyətindədir. 

Teqlər