Yan 15, 2018 18:20 Asia/Baku
  • Türkiyə Suriyanın şimalında kürd ordusunun təşkil edilməsini qınadı
    Türkiyə Suriyanın şimalında kürd ordusunun təşkil edilməsini qınadı

Türkiyə Xarici İşlər Nazirliyi Suriyanın şimalında və Türkiyə sərhədləri yaxınlığında kürd ordunun təşkil olunması üzrə ABŞ-ın qərarını qınayıb.

Fars Xəbər Agentliyinin məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi bu gün bir bəyanat verərək ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə koalisiya"nın Suriyanın şimalında kürd yaraqlılardan ibarət ordunun təşkil olunması üzrə qərarını qınayıb.

Bu bəyanatda bildirilir: Türkiyə müxtəlif vəziyyətlərdə dəfələrlə bildirib ki, İŞİD-lə mübarizə bəhanəsi ilə terror qruplaşması olan PYD qüvvələri ilə əməkdaşlıq etmək yanlış qərardır.

Türkiyə XİN Suriyanın şimalında kürd yaraqlılardan ibarət ordunun təşkil olunması üzrə ABŞ-ın səyini pisləyərək bildirib: Türkiyə bu ölkəyə gələcək hər bir hədəni məhv etməkdə qətiyyətlidir.

ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə koalisiya" ötən gün bildirib: PYD qüvvələri ilə Suriyanın sərhədləri və şimal bölgələrini qorumaq üçün 30 min nəfərlik hərbi qüvvə yaratmağa çalışır.

Türkiyə PYD qüvvələrini PKK-nın Suriya qolu adlandırır və terrorçu qrup hesab edir. Buna əsasən ABŞ-ın İŞİD-lə mübarizədə PYD ilə əməkdaşlığını tənqid edir.

Teqlər