Yan 16, 2018 09:57 Asia/Baku
  • Yıldırım: Amerika terrorçularla əlbirdir
    Yıldırım: Amerika terrorçularla əlbirdir

Türkiyənin baş naziri dünən Suriyada Amerikanın, Vaşinqtondan dəstək alan kürdlərdən ibarət otuz min nəfərlik sərhəd qüvvəsinin təşkili barədəki qərarına reaksiyada deyib ki, Amerika terrorçularla əlbir olubdur.

Binalı Yıldırım vurğulayıb ki, ABŞ və onun müttəfiqləri açıq-aşkar şəkildə regiondakı terror qruplarına dəstək verirlər. O, bildirib ki, bu himayələr Türkiyəyə və regiona zərbə vurmaq üçündür.

Türkiyənin baş naziri qeyd edib ki, Ankara Türkiyə əleyhinə hər bir təhdid ilə mübarizə aparacaqdır.

Amerika terror qrupları ilə mübarizə bəhanəsilə və Suriya dövlətinin icazəsi olmadan bu ölkədə qanunsuz hərbi iştiraka malikdir. Vaşinqtonun terrorizm ilə mübarizə bəhanəsilə Suriyadakı qeyri-qanuni iştirakı fonunda ABŞ prezidenti Donald Tramp son zamanlar etiraf edibdir ki, bu ölkə Suriya və İraqda İŞİD daxil olmaqla terror qruplarının meydana gəlmələrinin əsas amildir.