Yan 16, 2018 21:50 Asia/Baku
  • Türkiyə rəsmisi: BMT TŞ-nin quruluşu islah olunmalıdır
    Türkiyə rəsmisi: BMT TŞ-nin quruluşu islah olunmalıdır

Türkiyə parlamentinin sədri Tehranda keçirilən İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin on üçüncü konfransında deyib ki, BMT Təhlükəsizlik Şurasının quruluşu islah olunmalıdır, zira bu orqan dünya xalqlarının yaralarına məlhəm qoymaq qüdrərinə malik deyildir.

İsmayıl Qəhrəman BMT Təhlükəsizlik Şurasının Fələstin barəsindəki qətnaməsinin ABŞ tərəfindən veto edilməsinə toxunaraq, deyib: Bu məsələ göstərdi ki, BMT Təhlükəsizlik Şurası beynəlxalq yaralara məlhəm qoya bilməz və bu şuranın quruluşu yenidən nəzərdən keçirilməlidir.

Türkiyə parlamentinin sədri Ruhinqa müsəlmanlarının durumunun böhranlı olduğunu bildirərək, deyib ki, onlar öz əsl yerlərinə, Myanmaya geri dönməlidirlər.

İsmayıl Qəhrəman daha sonra bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan İran və Rusiya prezidentlərinin himayələri ilə İraqda siyasi sabitlik və birliyə dəstək verir. O, ümidvarlıq edibdir ki, İraq daimi sülhə nail olacaqdır.

Teqlər