Yan 19, 2018 09:06 Asia/Baku
  • Türkiyənin hərbi və təhlükəsizlik heyəti Rusiya müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşüb

Türkiyə ordusu baş qərargah rəisi ordu generalı Hülusi Akar və Təhlükəsizlik Təşkilatının sədri Hakan Fidan Moskvada Rusiya müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimovla görüşərək danışıqlar aparıblar.

Fars Xəbər Agentliyinin məlumatına görə, Rusiya müdafiə nazirinin ofisi bir bəyanatda iki tərəfin cümə axşamı günü müsbət görüş keçirdiyini bildirərək xatırladıb: Bu görüşdə diqqət əsasən Yaxın Şərqin vəziyyəti, həminin iki tərəfi maraqlandıran məsələlər üzərində idi. 

Türkiyənin Daily Sabah qəzeti də bildirib: Bu görüşdə Suriyanın son prosesləri və Astana və Cenevrə sülh prosesləri araşdırılıb. 

Röyters də Türkiyə heyətinin Moskvaya səfəri haqda yazıb: Türkiyə yüksək səviyyəli hərbi rəsmisini Moskvaya göndərib ki, Afrində kürdlərin nəzarət etdiyi bölgəyə hücumlar etmək üçün Rusiyanın razılığını alsın. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü bildirib: Bu ölkə ordusu tezliklə Suriyanın şimalında Afrin şəhərinə hücum edəcək. 

Türkiyə rəsmiləri deyirlər ki, kürd qruplar, o cümlədən PYD xarici ölkələr, əsasən də ABŞ və PKK tərəfindən dəstəklənərək Suriyanın şimalı və Türkiyənin cənub sərhədlərində müstəqil dövlət və yaxud müstəqil kürd sakinli bölgə yaratmaq niyyətindədir. 

Suriyada böhran 2011-ci ildə region proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terrorçu qruplaşmaların irimiqyaslı hücumları ilə başlanıb. 

Teqlər