Yan 19, 2018 17:57 Asia/Baku
  • Türkiyə Suriyanın şimalında əməliyyata başlayır

Türkiyə müdafiə naziri bu ölkə ordusu qüvvələrinin Suriyanın şimalında Afrin bölgəsində əməliyyata başladığını bildirib.

Sky-Newsun məlumatına görə, Nurəddin Canıklı cümə günü deyib: Suriyanın şimalında Afrin əməliyyatı başlanıb və Türkiyə ordusunun Suriyanın şimal-qərbindəki bölgəyə irimiqyaslı hücumları qarşıdadır. 

Türkiyə müdafiə naziri əlavə edib: Türkiyə əleyhinə təhlükəsizlik hədələri gün-gündən artmaqdadır və rəsmi Ankara Afrina əməliyyatı üçün ehtimal olunan tələfatı azaltmaq məqsədilə  Suriya proseslərində nüfuza malik bütün ölkələrlə danışıqlar aparmaqdadır. 

Həmçinin YPG bildirib ki, Suriya ordusu qüvvələri ötən gecə yarısından Afrində kürdsakinli kəndlərə minaatanlarla hücumlara başlayıblar. 

Bundan öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında kürd qüvvələrdən təslim olmalarını istəmişdi. 

Türkiyə 2016-cı il 24 avqustdan Suriyanın şimalında Fərat Qalxanı əməliyyatına başlayıb və bildirib ki, Suriyanın şimalında beş min kvadratkilometr ərazidə təhlükəsiz zona yaratmaq niyyətindədir. 

Teqlər