Yan 22, 2018 10:54 Asia/Baku
  • Türkiyədə aksiya yatırıldı
    Türkiyədə aksiya yatırıldı

Türkiyə təhlükəsizlik qüvvələri bu ölkə ordusunun Suriyanın şimalında Afrin şəhərinə hücum etməsinə etiraz edən vətəndaşların aksiyasını yatırıblar.

İRİB-in məlumatına görə, Türkiyə polis məmurları ötən gecə Ankara və İstanbul şəhərlərində Afrin şəhərinə hücuma etiraz üzrə keçirilən aksiyaları yatırdıb və 12 etirazçını saxlayıblar. 

Şahidlərin bildirdiyinə görə, Türkiyə polis məmurları etiraz aksiyalarını yatırmaq üçün bibər qazından istifadə ediblər. 

Bundan öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə ordusunun Afrində əməliyyat keçirməsi əleyhinə istənilən etiraz aksiyası haqda xəbərdarlıq etmiş və aksiya keçirildiyi halda təhlükəsizlik qüvvələrinin müdaxilə edəcəklərini bildirmişdi. 

Türkiyə ordusunun Zeytun Budağı adı altında Suriyanın şimalında Hələb vilayətində Afrin şəhərinə hərbi əməliyyatı şənbə günü başlayıb və davam etməkdədir. 

Türkiyə ordusu qırıcı təyyarələri Afrin şəhərinin ətrafındakı kəndləri atəşə tutublar. 

Türkiyə ordusunun Afrin şəhərinə hərbi əməliyyatı ardınca, Suriya Xarici İşlər Nazirliyi Türkiyə ordusunun hücumunu pisləyib və bildirib: Türkiyənin bu hərəkəti Suriyanın milli hakimiyyətini pozur.  

Teqlər