Yan 24, 2018 10:42 Asia/Baku
  • Ərdoğan ABŞ-ın Afrin əməliyyatı ilə bağlı istəyinə reaksiya verib

Türkiyə prezidenti ABŞ rəsmilərinin "Zeytun Budağı" əməliyyatının qısa zamanda yekunlaşdırılması üzrə istəklərinə reaksiya olaraq, Amerikalıların İraq və Əfqanıstandakı uzun müddətli hərbi müdaxiləsini tənqid edib.

İRNA-nın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan çərşənbə axşamı ABŞ-ın Suriyanın şimalındakı hərbi əməliyyatların tez bir zamanda yekunlaşdırılması üzrə istəyinə reaksiya olaraq, ABŞ-ın Əfqanıstan və İraqdakı uzun müddətli hərbi müdaxiləsini tənqid atəşinə tutub və deyib: Amerika Əfqanıstandakı 17 illik hərbi müdaxiəsinin səbəblərinə aydınlıq gətirməlidir. Terrorizm ilə mübarizə adı altında bu ölkəni böhrana sürükləməsi barədə dünya ictimaiyyəti qarşısında cavabdeh olmalıdır. 

Türkiyə prezidenti həmçinin, Amerikalıların İraqd olan hərbi müdaxiləsinin də təhlükəsizliyi təmin edilməsi bəhanəsi ilə xeyli uzanmasını da tənqid edib. 

Ərdoğan deyib: Türkiyənin Suriyanın şimalında, Afrin şəhərindəki hərbi əməliyyatı Türkiyənin öz məqsədlərinə çatdığı zaman yekunlaşdırılacaq. 

Türkiyənin Suriyanın şimalında, Afrin şəhərində ABŞ tərəfindən himayə olunan terrorçulara qarşı hərbi əməliyyatı Vaşinqton başçılarını xeyli narahat edib və Ağ Ev rəsmiləri Ankaradan "Zeytun Budağı" əməliyyatının miqyası və zamanını məhdudlaşdırmasını istəyiblər. 

Türkiyə Silahlı Qüvvələri 19 yanvardan başlayaraq, Suriyanın şimalında,  Hələb vilayətində yerləşən Afrin şəhərinə qarşı hərbi əməliyyatlara başlayıb və indiyə kimi onlarla silahlı ünsür və terrorçunun öldürüldüyü bildirilir. 

Afrin şəhəri hazırda, ABŞ tərəfindən silahlandırılmış yaraqlıların nəzarəti altındadır. Vaşinqton bu yaraqlılardan Türkiyə başda olmaqla region ölkələrində gərginlik  yaratmaq üçün istifadə etməyə çalışır. 

Teqlər