Yan 31, 2018 19:36 Asia/Baku
  • Səd əl-Həriri Türkiyəyə gedib

Livan baş naziri Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşərək danışıqlar aparmaq üçün ötən gecə paytaxt Ankaraya daxil olub.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Həriri Ankaraya səfərində Türkiyənin yüksək səviyyəli rəsmiləri, o cümlədən prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımla görüşəcək. 

Livan və Türkiyə rəsmiləri birgə görüşlər əsnasında ikitərəfli münasibətlər və regional olaylar haqda fikir mübadiləsi aparacaqlar. 

Teqlər