Fev 04, 2018 20:46 Asia/Baku
  • Ankarada İŞİD-in informasiya məsulu saxlanılıb
    Ankarada İŞİD-in informasiya məsulu saxlanılıb

Türkiyə təhlükəsizlik qüvvələrinin Ankarada keçirdiyi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının informasiya məsulu saxlanılıb.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, İŞİD terror qruplaşmasının informasiya məsulu Ömər Yatek bazar günü Türkiyə təhlükəsizlik qüvvələrinin onun Ankarada olmasına dair məlumatları əldə etməsindən sonra, bir əməliyyat çərçivəsində saxlanılıb.

Bildirilir ki, Ömər Yatek İŞİD terror qruplaşmasının Türkiyədəki bir çox əməliyyatını istiqamətləndirib.

Teqlər