Fev 15, 2018 14:37 Asia/Baku
  • Türkiyənin Afrin əməliyyatının aydın sonluğu yoxdur
    Türkiyənin Afrin əməliyyatının aydın sonluğu yoxdur

BMT-nin Suriya məsələləri üzrə xüsusi elçisi bildirib: Türkiyənin Suriyanın Afrin bölgəsindəki hərbi əməliyyatının heç bir şəffaf sonluğu yoxdur.

BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Mistura deyib: Türkiyənin hərbi müdaxiləsinin şahidi olan Suriyanın şimalında Afrin bölgəsindəki hərbi əməliyyat üçün heç bir bəlli sonluq yoxdur. 

De Mistura Təhlükəsizlik Şurasının Suriya haqda keçirilən iclasında deyib: Suriyada sərhəd bölgələrdə münaqişə müxtəlif tərəflərin hərbi müdaxiləsinə şamil olur və Afrin əməliyyatı üçün heç bir aydın sonluq yoxdur. 

Onun sözlərinə görə, bütün tərəflər sivillərin qorunması üçün şərtsiz atəşkəsə riayət etməlidirlər və hazırkı proseslər regional sülh və stabilliyi hədələyir. 

BMT-nin xüsusi nümayəndəsi xatırladıb: Biz Suriyada xlor qazından istifadə iddiasını təsdiqləyə bilmərik. İdlibdə Ən-Nüsrə Cəbhəsi terror qruplaşması aktivdir, sivilləri qətlə yetirir və infrastruktur obyektləri hədələyir. 

Teqlər