Fev 16, 2018 10:35 Asia/Baku
  • Merkel: Almaniya-Türkiyə münasibətlərinin normallaşması yolunda çoxlu maneələr vardır

Almaniya kansleri Angella Merkel cümə axşamı günü Türkiyə baş naziri Binəli Yıldırımla Berlində keçirdiyi birgə mətbuat konfransında bildirib: İki ölkənin münasibətlərinin normallaşması yolunda çoxlu maneələr vardır.

İRNA-nın məlumatına görə, Angella Merkel bununla belə bildirib ki, Berlin Türkiyə ilə təmasların artırılmasını istəyir. 

Merkel Türkiyədə terror qruplaşmaları ilə əlaqədə olmaq ittihamı ilə bir ildən artıqdır ki, həbsdə saxlanılan De Velt qəzetinin alman-türk jurnalisti Deniz Yücelin işinə toxunub və deyib: Berlin ona qarşı sürülən ittihamların araşdırma prosesinin sürətlə və ədalətli şəkildə davam etməsinə ümid edir. 

Türkiyə baş naziri də bu mətbuat konfransında 2016-cı il 15 iyul uğursuz dövlət çevrilişindən sonra Türkiyə məhkəmələrində çoxlu işin olduğunu bildirərək deyib: Yücelin işi də ədliyyə qurumunun üzərinədir və Türkiyə hökuməti ilə əlaqəsi yoxdur. 

Yıldırım eyni zamanda ümidvarlıq edib ki, Yücelin mühakiməsi tezliklə başlanacaq və nəticəyə çatacaq. 

Teqlər