Fev 18, 2018 10:26 Asia/Baku
  • Türkiyə - Hollandiya münasibətlərində gərginlik

Türkiyə Xarici İşlər Nazirliyi şənbə günü Hollandiyanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkilini çağırtdıraraq, 1915-ci il qondarma erməni soyqırımının Hollandiya Parlamentində rəsmən tanınmasına etiraz edib.

İRİB-nin verdiyi məlumata görə, Hollandiyanın koalisiya hökumətini təşkil edən 4 siyasi partiya mühafizəkar Xristiyan Birliyi partiyası tərəfindən təklif olunmuş 2 layihəni dəstəklədiklərini elan ediblər. Bu iki layihə gələn həftə Hollandiya senatında müzakirəyə çıxarıalacaq.

Bu layihənin birində qondarma "erməni soyqırımı"nın rəsmən tanınması təklif edilir. Digər layihə isə Hollandiya hökumətindən 24 aprel, qondarma erməni soyqırımı mərasimində iştirak etməsi üçün rəsmi nümayəndə göndərməsini tələb edir. 

Bu iki layihənin Hollandiya parlamentində qəbul edilməsi Amsterdam və Ankara münasibətlərini bir qədər də gərginləşdirmiş olacaq. 

İki ölkə münasibətlərindəki gərginlik Hollandiyanın Türkiyə diplomatlarının ölkəyə girişinə mane olmasının ardınca yüksəlib. Türk diplomatlar konstitusiya referendumu ərəfəsində Hollandiyada yaşayan türklər ilə görüşmək üçün bu ölkəyə səfər etmişdilər. 

Teqlər