Fev 19, 2018 12:14 Asia/Baku
  • Terrorizm ilə mübarizə İŞİD-ə məhdudlaşmamalıdır
    Terrorizm ilə mübarizə İŞİD-ə məhdudlaşmamalıdır

Türkiyənin xarici işlər naziri Münhen iclasında deyib: Bütün terrorçu qruplarla mübarizə üçün əməkdaşlıq etmək lazımdır.

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Münhen Təhlükəsizlik Konfaransında etdiyi çıxışında deyib: Müəyyən bir terror qrupuna təmərküzləşmək və başqa terror qruplarını görməməzliyə vurmaq böyük səhvdir. Amerikanın keçmiş hökuməti bu səhvə yol vermiş oldu və mən senator Con Kerri ilə bu barədə bir neçə dəfə söhbət etmişəm amma təəssüflər olsun ki Amerikanın hazırkı hökuməti bu səhvi davam etdirir. 

Çavuşoğlu deyib: İŞİD-in məhv edilməsi strategiyası barədə sədaqətli olmalıyıq. Suriyanın milli hakimiyyətinə hörmətlə yanaşmaqda səmimi olmalıyıq. 

Türkiyə XİN rəhbəri deyib: İran və Rusiya Suriyaya bəlkədə çağrılıblar amma çoxdandır Suriyada fəaliyyət göstərən koalissiya ölkələri var. Son günlər xüsusi ilə də ABŞ-ın dövlət katibi ilə xüsusi razılaşma əldə etdik və ümid edirəm Vaşinqton artıq bu dəfə vədlərini yerinə yetirəcəkdir. 

Teqlər