Fev 19, 2018 20:48 Asia/Baku
  • Türkiyədə zeytun budağı əməliyyatına qarşı çıxanlar həbs edilir
    Türkiyədə zeytun budağı əməliyyatına qarşı çıxanlar həbs edilir

Türkiyənin Daxili İşlər Nazirliyi Suriyanın şimalında Türkiyə ordusunun həyata keçirdiyi zeytun budağı əməliyyatına qarşı çıxan 786 nəfərin həbs edilməsindən xəbər verib.

İRNA-nın verdiyi məlumata görə, Türkiyə DİN bu gün bir bəyanatda bildirib ki, indiyədək zeytun budağı əməliyyatına qarşı yığıncaqlarda iştirak etdiklərinə görə  786 vətəndaş həbs edilib. 

Suriyanın şimalında Afrin əməliyyatına qarşı aksiyalar da Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən repressiyaya məruz edilir. 

Türkiyə Afrin əməliyyatında məqsədin Suriyanın şimalındakı kürd yaraqlılarını(PYD,PKK,YPG) məhv etməkdən ibarət olduğunu bildirir.

Suriya dövləti Türkiyənin bu ölkə ərazisinə hərbi müdaxiləsini işğalçılıq hərəkəti adlandıraraq Suriyanın suverinliyinə qarşı olduğunu bildirib və onu pisləyib. 

Teqlər