Fev 23, 2018 13:45 Asia/Baku
  • Suriya ordusu Türkiyə ordusunun mövqelərini hədəfə alıb
    Suriya ordusu Türkiyə ordusunun mövqelərini hədəfə alıb

Suriya ordusu Türkiyənin Hələbin şimal ətrafında yerləşən "Əlziyarəh" keçidində Afrin şəhərinə yardımlar daşıyan karvana qarşı hücumuna cavabda Türkiyənin Suriyanın şimalındakı mövqelərini gülləbaran edibdir.

Türkiyənin "Qrad" raket sistemlərinin Afrin əhalisi ilə həmrəylik üçün bu şəhərə gedən xalq heyətini və humanitar yardımlar daşıyan karvanı hədəfə almalarından sonra Suriya ordusu türk qüvvələrin mövqelərini atəşə tutubdur.

Hələb sakini olan kürdlərdən ibarət bir karvan fevralın 20-də Afrinə daxil oldu ki, bu şəhər sakinlərini himayə və Türkiyənin hücumları qarşısında onlarla həmrəylik etmiş olsun.

Türkiyənin bu karvana qarşı raket hücumu bir qrup sivilin dünyasını dəyişməsi və yaralanması, eləcə də yük maşınlarının yanması və onların içərisindəki maddələrin məhv olması ilə nəticələndi.

Türkiyə ordusunun Afrin şəhərində kürd qüvvələrə qarşı "Zeytun budağı" əməliyyatı cari milad ili yanvarın 20-də başlanıb. Suriyalı mediaların bildirdiklərinə görə, bu əməliyyatın başlanmasından bəri 171 mülki dünyasını dəyişib, 458 nəfər də yaralanıbdır.

Türkiyə ordusunun Afrin şəhərindəki əməliyyaıtnın ardınca Suriyanın xarici işlər nazirliyi Türkiyənin ordu qüvvələrinin bu şəhərə qarşı hücumunu pisləyərək bildirib ki, Türkiyənin həmin hərəkəti Suriyanın suverenliyinin pozulması deməkdir.

Teqlər