Mart 02, 2018 10:37 Asia/Baku
  • Ermənistanla Türkiyə əlaqələrinin normallaşdırılması razılaşması ləğv olunub
    Ermənistanla Türkiyə əlaqələrinin normallaşdırılması razılaşması ləğv olunub

Ermənistan prezident aparatının sözçüsü Vladimir Hakobyan cümə axşamı günü deyib: 2009-cu ildə Türkiyə ilə imzalanan sülh razılaşması ləğv olunub.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Hakobyan deyib: Ermənistan prezidenti Serj Sarkisyan ölkənin Milli Təhlükəsizlik Şurasına məlumat verib ki, Ermənistan və Türkiyənin anlaşdığı protokollar ləğv olunub. 

İki ölkə 2008-ci ildə münasibətlərin normallaşdırılması münasibəti ilə diplomatik müzakirələrə başladılar və bir il sonra İsveçrənin Sürix şəhərində bununla əlaqədar protokol imzalandı. 

Bununla belə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2009-cu ildə bildirdi ki, bu ölkə Dağlıq Qarabağ münaqişəsinin yekun həllinə qədər Sürix razılaşmasını təsdiqləməyəcək. 

Sarkisyan da 2010-cu ilin aprel ayında sülh müzakirələr prosesinin davam etməsinə maraq göstərməməkdə Ankaranı suçlayaraq Sürix razılaşmasının təsdiqlənməsini təxirə saldı. 

 

Teqlər