Mart 16, 2018 20:37 Asia/Baku
  • Türkiyə ordusunun İraqın şimalındakı əməliyyatı
    Türkiyə ordusunun İraqın şimalındakı əməliyyatı

Türkiyənin ordu qüvvələrinin İraqın şimalında keçirdiləri əməliyyatda PKK üzvlərindən on nəfər öldürülüb.

Türkiyə ordusunun baş qərargahı bildirib ki, hava dəstəyilə İraqın şimalındakı Xəvakurk və "Kani Rəş" məntəqələrində keçirilən bu əməliyyatda Türkiyə ordusunun quru qoşunlarının üçüncü diviziyasının qüvvələri İraq ərazisinin on beş kilometr dərinliyinə daxil olublar.

Bu əməliyyatda PKK-nın sığınacaqlarından çoxlu sayda silah, o sıradan tanka qarşı raketlər, "RPG-7", pulemyotlar, sursatlar və təşkilat sənədləri aşkar və müsadirə edilibdir.

2012-ci ilin dekabrında başlanmış Türkiyədə kürdlər məsələsinin həlli üzrə sülh prosesi 2015-ci ilin iyulunda bu ölkənin Suruç şəhərindəki partlayışdan sonra dayandırıldı və ondan sonra Türkiyə ordusu və PKK bir-birilərinin mövqelərinə qarşı hücumlarını bərpa etdilər.

Bu müddətdə yayılmış statistikalara görə, Türkiyənin təhlükəsizlik qüvvələrindən azı altı yüz nəfər, PKK üzvlərindən isə yeddi mindən çox adam öldürülübdür.

Türkiyə dövləti bildiribdir ki, daha kürdlər böhranının siyasi həll yolundan söz getmir və PKK son hadisələrlə böhranın diplomatik həlli üzrə şansını itiribdir.

Teqlər