Mart 17, 2018 11:06 Asia/Baku
  • Türkiyə ordusunun hava hücumlarında suriyalı sivillər həlak olub
    Türkiyə ordusunun hava hücumlarında suriyalı sivillər həlak olub

Türkiyənin qırıcı-bombardmançı təyyarələrinin Suriyanın şimalında Afrin şəhərinə hava hücumlarında bir qrup suriyalı həlak olub.

İRNA-nın məlumatına görə, Suriya hökumətinə müxaliflərə bağlı Suriya İnsan Haqları Gözətçisi qurumu bildirib: Türkiyə ordusunun qırıcı-bombardmançı təyyarələrinin Afrinin müxtəlif bölgələri, xüsusilə də şəhər xəstəxanasına hücumunda azı 9 sivil həlak olub, 200 nəfər də yaralanıb. 

Türkiyə ordusu ötən gün ağır artilleriya ilə Afrin şəhərinin müxtəlif bölgələri və ətraf kəndlərinə hücumlar edib. Nəticədə bir qrup sivil həlak olub və ya yaralanıb. 

Məlumatda kürd yaraqlıların tələfatına toxunulmayıb. 

Türkiyə ordusu 20 yanvardan Suriyanın şimal-qərbində Afrin bölgəsində kürd yaraqlılara qarşı Zeytun Budağı əməliyyatına başlayıb. Türkiyə medialarının bildirdiyinə görə, bu əməliyyatda altı mindən çox hərbçi iştirak edir. 

Rəsmi Ankara bu əməliyyatda məqsədin Afrində PKK, PYD, YPG və İŞİD ünsürlərini məhv etmək olduğunu bildirir. 

Türkiyənin iddiaları ilə yanaşı düşündürücü məqam budur ki, İŞİD terror qruplaşmasının Afrində heç bir ünsürü yoxdur. 

Suriya Xarici İşlər Nazirliyi Türkiyənin bu hərəkətini Suriyanın ərazi bütövlüyü və hakimiyyətinin pozulması adlandırıb.