Mart 19, 2018 11:48 Asia/Baku
  • Türkiyə ordusunun Suriyanın şimalındakı tələfatı: 46 ölü və 225 yaralı
    Türkiyə ordusunun Suriyanın şimalındakı tələfatı: 46 ölü və 225 yaralı

Türkiyə ordusunun baş qərargahı bildirib ki, bu ölkə qüvvələrinin Suriyanın Afrin şəhərində "Zeytun budağı" adı altında keçirdikləri əlli səkkiz günlük əməliyyat nəticəsində qırx altı Türkiyə hərbçisi ölüb, 225 nəfər də yaralanıbdır.

Türkiyə ordusunun baş qərargahının dünən yaydığı bəyanata əsasən, bu ölkə ordusunun qüvvələri əlli səkkiz gün "azad Suriya ordusu" adlı qrupun yarımhərbçi ünsürlərilə yanaşı olduqdan sonra dünən Suriyanın şimalındakı Afrin şəhərinə daxil olublar.

Bu məlumata görə, Afrin şəhərinin Türkiyə ordusu və "azad Suriya ordusu"nun ünsürləril tərəfindən işğal edilməsi əməliyyatında YPG, PYD və PKK qüvvələrindən üç min 603 nəfər öldürülübdür.

Türkiyə mediaları indiyədək bu ölkənin dəstək verdiyi qüvvələrin, yəni "azad Suriya ordusu" adlı qrupun yarımhərbçi ünsürlərinin verdikləri tələfatın miqdarı barədə dəqiq bir xəbər yaymayıblar, lakin "Suriya insan haqları gözətçisi" adlı orqan bir neçə gün bundan öncə bildiribdir ki, Afrin əməliyyatında "azad Suriya ordusu" ünsürlərindən dörd yüz doqquz nəfər öldürülübdür.

Həmçinin hələ heç bir rəsmi və qeyri-rəsmi mərkəz Türkiyənin Afrindəki hərbi əməliyyatında dünyasını dəyişmiş mülkilərin sayını elan etməyibdir, lakin medialar bu əməliyyat zamanı Afrin sakinlərindən iki yüz mindən çox nəfərin didərgin düşməsindən xəbər veriblər.

Türkiyə ordusu yanvarın 20-də Suriyaya təcavüz edərək, "azad Suriya ordusu" adlı qrup ilə yanaşı, Suriyanın Afrin şəhərində "Zeytun budağı" əməliyyatına başladı.

Suriya dövləti Türkiyə dövlətinin Afrində və Suriyanın şimalındakı digər məntəqələrdə hərbi əməliyyat keçirməsini işğalçılıq adlandıraraq, Türkiyə ordusu qüvvələrinin öz ərazisindən çıxmalarını tələb etmişdi.

Suriyanın suverenliyinin pozulması, eləcə də bu ölkə ərazisində hərbi iştirak dəfələrlə beynəlxalq təşkilatlar və bitərəf dövlətlər tərəfindən pislənilib və hətta Türkiyənin daxilində müxalifətlərə səbəb olubdur. Belə ki, indiyədək bu əməliyyata qarşı çıxanlardan mindən çox nəfər Türkiyə dövləti tərəfindən həbs olunubdur.

Teqlər