Mart 19, 2018 20:08 Asia/Baku
  • Afrində partlayış nəticəsində on bir nəfər dünyasını dəyişib
    Afrində partlayış nəticəsində on bir nəfər dünyasını dəyişib

Suriyanın şimalında yerləşən Afrin şəhərindəki dörd mərtəbəli bir binada bomba partlayışı nəticəsində on bir nəfər dünyasını dəyişib.

Bu hadisədə səkkiz türkiyəli hərbçi və "Cəyşulhurr" adlı terror qrupunun üç ünsürü öldürülüb.

Deyilənlərə görə, "Cəyşulhurr" adlı terror qrupu ilə İŞİD ünsürləri arasında gedən döyüşlər Dəraa şəhərinin qərbində yerləşən "Həytulcəllin" və "Əlbəkar" məntəqələrinin ətrafında davam edir.

YPG bölmələri bu partlayışın məsuliyyətini öz üzərlərinə götürüblər.

Türkiyə ordusu 2018-ci ilin iyirmi yanvarında Suriya ərazisinə təcavüz edərək, azad Suriya ordusu adlı qüvvələrlə yanaşı, Suriyanın şimalındakı Afrin şəhərində "Zeytun budağı" əməliyyatına başlayıbdır.

Suriya dövləti Türkiyə dövlətinin Afrində və Suriyanın şimalındakı digər məntəqələrdə hərbi əməliyyat keçirməsini işğalçılıq adlandıraraq, Türkiyə ordusu qüvvələrinin öz ərazisindən çıxmalarını tələb edibdir.

Teqlər