Mart 25, 2018 10:07 Asia/Baku
  • Ərdoğan Türkiyə ordusunun işğalçı olmadığını vurğulayıb
    Ərdoğan Türkiyə ordusunun işğalçı olmadığını vurğulayıb

Türkiyə prezidenti bu ölkə hərbçilərinin Suriyanın şimalında olmaları ilə bağlı Türkiyə ordusunun işğalçı olmadığını vurğulayıb.

Rəcəb Tayyıb Ərdoğan dünən hakim ədalət və inkişaf partiyasının altıncı qurultayındakı çıxışında ABŞ daxil olmaqla bəzi Qərb ölkələrinin Afrin əməliyyatı ilə bağlı Türkiyəyə qarşı son tənqidlərinə reaksiyada deyib ki, ABŞ daxil olmaqla bəzi Qərb ölkələrinin Suriyada iştirakı işğalçılığın bariz nümunəsidir.

O, vurğulayıb ki, əgər bir ölkə Türkiyə sərhədlərini hədələyərsə, bu, təcavüzkar ölkə üçün pis nəticələrə gətirib çıxaracaqdır.

Türkiyə ordusu "Zeytun budağı" adı altında yanvarın 20-də Suriyanın şimalındakı Afrin şəhərinə hücum edərək, bu şəhəri işğal edibdir.

Suriya dövləti Türkiyə ordusunun bu hərəkətini işğalçılıq adlandırıb və bu qüvvələrin tez bir zamanda Suriya torpaqlarından çıxmalarını tələb edibdir.

Teqlər