Mart 29, 2018 09:10 Asia/Baku
  • PKK-nın ən böyük himayədarı - ABŞ

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Amerika Birləşmiş Ştatlarını PKK-nın ən böyük himayəçisi adlandırıb.

İRNA-nın verdiyi məlumata görə, Türkiyədə çıxan "Star" qəzeti yazır: MHP-nin başqanı Dövlət Bağçalı Türkiyə Böyük Millət Məclisində etdiyi çıxışında ABŞ-ı PKK və PYD qruplaşmalarının ən böyük himayəçisi adlandırıb. 

Dövlət Bağçalı deyib: PKK və PYD-nin yekun məqəsdi Suriyanın şimalında bir terror dövləti yaratmaqdır. Və bu məsələdə ən böyük himayəçisi olan ABŞ-ın dəstəyinə arxalanır. Amma, Türkiyə bu fitnəkar planı pozmaqda qətiyyətlidir. 

PKK və PYD yaraqlıları İraq və Suriyada ABŞ və Britaniya hərbçiləri tərəfindən hərbi təlimlər keçiblər. 

Türkiyə həmçinin, ABŞ-ın davamlı olaraq Suriyanın şimalında PKK və PYD yaraqlılarına hərbi dəstək verməsi və onları silahlandırmasına qarşı çıxaraq, bunu regionun təhlükəsizliyinə qarşı ciddi təhdid adlandırır. 

Türkiyə Silahlı Qüvvələri 20 yanvar 2018-ci il tarixindən Suriyanın şimalında PKK və PYD yaraqlılarının əsas bazasına çevrilmiş Afrin şəhərinə qarşı "Zeytun Budağı" adlı hərbi əməliyyatlara başlayıb. 

Türkiyə Silahlı Qüvvələri təqribən 2 ay sürən hərbi əməliyyatların sonunda Afrinə şəhərinə nəzarəti təmin edərək, şəhəri PKK və PYD yaraqlılarından təmizləməyi bacarıb. 

Teqlər