Apr 01, 2018 12:40 Asia/Baku
  • Türkiyə Fransanın Suriyadakı hərbi iştirakını tənqid etdi
    Türkiyə Fransanın Suriyadakı hərbi iştirakını tənqid etdi

Türkiyə müdafiə naziri Fransanın vasitəçilik və ya terrorizmlə mübarizə bəhanəsi ilə Suriyadakı hərbi iştirakını qeyri-qanuni və təhlükəli adlandırıb.

İRNA-nın məlumatına görə, Nurəddin Canıklı şənbə günü Girəsun vilayətində Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin 6-cı iclasının sonunda Fransa rəsmilərinin bu ölkə hərbçilərinin Suriyaya ezam olunmasına dair açıqlamalarına reaksiyada bildirib: Fransa Suriyaya hərbçi ezam edərsə, bu hərəkət işğal mənasında olacaq.

Türkiyə müdafiə naziri əlavə edib: Fransa hərbçilərinin terror qrupları ilə mübarizə bəhanəsi ilə ezam edilməsi çox təhlükəli hərəkət olacaq. 

Fransa prezidenti Emmanuel Makron ötən cümə axşamı günü Suriya kürd qrupularının bir neçə başçısı ilə görüşdə Parisin Mənbicə qüvvənin ezam olunmasına çalışdığını təsdiqləyərək deyib: Türkiyə və Suriya kürd qrupları arasında ixtilafı həll etmək üçün vasitəçilik etməyə hazırdır.

Türkiyə Afrin əməliyyatının davamında terrorçu qruplar adlandırdığı YPG və PYD yaraqlıları ilə mübarizə üçün Mənbicə hücum edəcəyini bildirib.

Türkiyə Suriyanın açıq-aşkar qarşı çıxmasına rəğmən, 20 yanvar 2018-ci ildən Suriyanın şimalına qeyri-qanuni şəkildə girərək Afrin bölgəsini işğal edib.

Teqlər