Apr 13, 2018 12:51 Asia/Baku
  • Bir qrup Türkiyə hərbçisi öldürülüb
    Bir qrup Türkiyə hərbçisi öldürülüb

PKK Türkiyənin İraqla sərhəd məntəqəsində bu ölkənin on doqquz hərbçisinin öldürülməsindən xəbər verib.

PKK bir bəyanatda bildirib ki, bu qrupun ünsürləri cari aprel ayının doqquzu-on biri arasında Türkiyənin İraqla sərhəd məntəqəsində Türkiyə ordusuna qarşı üç əməliyyat keçiriblər ki, nəticədə bu ölkənin on doqquz hərbçisi öldürülüb, bir qrup hərbçisi də yaralanıbdır.

PKK aprelin yeddisində də İraqla sərhəd məntəqəsində Türkiyə ordusunun on iki hərbçisinin öldürülməsindən xəbər vermişdi.

2012-ci ilin dekabrında başlanmış Türkiyədə kürdlər məsələsinin həlli üzrə sülh prosesi 2015-ci ilin iyulunda bu ölkənin Suruç şəhərində partlayışın baş verməsindən sonra dayandı və o zamandan bəri Türkiyə ordusu və PKK bir-birilərinin mövqelərinə qarşı hücumları bərpa etdilər.

Bu müddətdə yayılmış statistikalara görə, Türkiyənin təhlükəsizlik qüvvələrindən azı altı yüz, PKK üzvlərindən isə yeddi mindən çox nəfər öldürülübdür.

Türkiyə dövləti bildiribdir ki, daha kürdlər böhranının siyasi həll yolundan söz getmir və PKK son olaylarla, böhranın diplomatik həlli üzrə şansını itiribdir.

Teqlər