Apr 17, 2018 21:39 Asia/Baku
  • Ruhani və Ərdoğan İran-Türkiyə əlaqələrinin genişlənməsini vurğulayıblar
    Ruhani və Ərdoğan İran-Türkiyə əlaqələrinin genişlənməsini vurğulayıblar

İran və Türkiyə prezidentləri iki ölkə həmkarlıqlarının genişlənməsini vurğulayıblar.

Həsən Ruhani bu gün Rəcəb Tayyıb Ərdoğan ilə telefon söhbətində iki ölkə əlaqələrinin bütün sahələrdə daha da genişlənməsini iki xalqın istəyi adlandırıb və vurğulayıb ki, razılaşmaların icrasının sürətləndirilməsi inkişafda olan bu əlaqələrə sıçrayış verəcəkdir.

Rəcəb Tayyıb Ərdoğan da Tehran-Ankara əlaqələrinin daha da genişlənməsini alqışlayaraq, ümidvarlıq edibdir ki, ölkəsinin iqtisadiyyat nazirinin Tehrana səfəri və ikitərəfli razılaşmaların qətiləşdirilməsi iki ölkə mübadilələrinin həcminə sıçrayış verəcəkdir.

Teqlər