Türkiyə ordusunun hərbi əməliyyatları davam edir, PKK itki verib
Türkiyə ordusunun hərbi əməliyyatları zamanı PKK silahlı qruplaşmasının 7 üzvü öldürülüb.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri ordunun da dəstək verdiyi əməliyyatlarda PKK silahlı qruplaşmasının 7 üzvünü zərərsizləşdiriblər.
Türkiyə mənbələri təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqində, dağlıq ərazilərdə PKK yaraqlılarına qarşı əməliyyatının davam etməsindən xəbər veriblər.
Türkiyə ordusunun çərşənbə günü həyata keçirdiyi əməliyyat zamanı PKK-nın mövqelərinə zərbələr endirilib. Bu əməliyyat PKK-nın iki gün öncə elə bu məntəqədə həyata keçirdiyi terror hücumuna cavab sayılır. PKK yaraqlılarının iki gün öncə bu məntəqədə həyata keçirdikləri hücumda 4 türk hərbçi öldürülmüş və yaralanmışdı.