Apr 19, 2018 09:30 Asia/Baku
  • Növbədənkənar seçkilərlə bağlı Türkiyə parlamentinə layihə təqdim olunub
    Növbədənkənar seçkilərlə bağlı Türkiyə parlamentinə layihə təqdim olunub

Türkiyədə növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsi layihəsi bu ölkə parlamentinə təqdim olunub.

İRNA-nın verdiyi məlumata görə, Türkiyədə növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsi layihəsi hakim Ədalət və İnkişaf Patiyası tərəfindən, baş nazir Binəli Yıldırım eləcə də Milli Hərəkat Partiyasının lideri Dövlət Baxçalının imzası ilə dünən axşam parlamentə təqdim olunub. Bu layihədə seçkilər üçün cari il 24 iyun nəzərdə tutulub. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dünən Milli Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ilə görüşündən sonra ölkədə prezident və parlament seçkilərinin növbədənkənar və 24 iyun da keçirilməsi ilə razılaşdığını bildirərək seçkilərin keçirilməsi üzrə qanuni prossesin dərhal başladılmasına çağırıb. 

Bu çağırışdan bir neçə saat sonra bu barədə layihə parlamentə təqdim olunub. 

Baxçalı çərşənbə axşamı öz partiyası üzvləri qarşısında etdiyi çıxışında ölkədə parlament və prezident seçkilərinin növbədən kənar keçirilməsini təklif etmişdi.

Türkiyə hökuməti 2016-cı il 15 iyul uğursuz dövlət çevrilişindən sonra ötən il ölkədə prezidentlik sisteminə keçmək üçün referendum keçirdi. 

Türkiyə konstitusiyasına edilən dəyişikliklərə görə, növbəti prezident və parlament seçkilərinin 2019-cu il 3 noyabrda kçiriləcəyi qərara qlınmışdır. Əgər Türkiyə parlamenti növbədənkənar seçkilərin keçirilməsi layihəsi ilə razılaşarsa hər iki seçki eyni gündə keçiriləcək.