Apr 20, 2018 09:37 Asia/Baku
  • mentində vaxtındanqabaq seçkilərin keçirilməsi layihəsi qəbul olunub
    mentində vaxtındanqabaq seçkilərin keçirilməsi layihəsi qəbul olunub

Türkiyədə vaxtındanqabaq prezident və parlament seçkilərinin keçirilməsi üzrə layihənin ilkin mətni dünən gecə bu ölkə parlamentinin əsas qanun komissiyasında qəbul olunub.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan çərşənbə günü bu ölkədə Milli Hərəkət Partiyasının rəhbəri Dövlət Baxçalı ilə görüşdən sonra Türkiyədə vaxtındanqabaq seçkilərin keçirilməsindən xəbər verib.

Ərdoğanın elanından az sonra vaxtındanqabaq seçkilərin keçirilməsi üzrə layihə Ədalət və İnkişaf Partiyası və Milli Hərəkət Partiyası tərəfindən Türkiyə parlamentinə təqdim olunub.

Bu layihədə iyunun 24-ü, Türkiyədə vaxtındanqabaq seçkilərin keçiriləcəyi gün kimi təyin olunub.

Türkiyə dövləti ötən il 2016-cı il on beş iyul uğursuz çevirlişindən sonra nəzərdə tutduğu hərəkətlər istiqamətində bu ölkədə referendum keçirdi ki, prezidentliyə əsaslanan bir quruluş yaratmış və Ərdoğanın ixtiyarlarını artırmış olsun.

2017-ci il referendumunda bu ölkə xalqı tərəfindən təsdiqlənmiş Türkiyə əsas qanunu dəyişikliklərinə əsasən, növbəti prezident və parlament seçkiləri 2019-cu il noyabrın üçündə keçirilməli idi.

Türkiyə əsas qanunu dəyişikliklərində nəzərdə tutulubdur ki, bu ölkə parlamentinin vaxtındanqabaq seçkilərin keçirilməsi qərarına gələcəyi təqdirdə, hər iki seçki bir gündə keçirilməlidir.

Ədalət və İnkişaf Partiyası və Milli Hərəkət Partiyası seçki rəqabətlərində iştirak məqsədilə "respublika koalisiyası" təşkil ediblər.

Teqlər