Apr 22, 2018 19:12 Asia/Baku
  • Türkiyə seçkiləri barədə rəysorğularının nəticələri
    Türkiyə seçkiləri barədə rəysorğularının nəticələri

Türkiyədə bir araşdırma mərkəzinin həyata keçirdiyi rəysorğularının nəticələri göstərir ki, Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının Koalisiyası qarşıdakı seçkilərdə səslərin 48 faizini qazanacaq.

İranın İstanbul Türkcəsində yayımlanan radiosunun verdiyi məlumata görə, MAK araşdırma mərkəzi bildirib ki, qarşıdakı seçkilərdə Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının Koalisiyası səslərin 48 faizini qazanacaqsa onun 50+1 limitini aşa bilməsi mümkünsüz olacaq. 

Rəy sorğusunda iştirak edənlərin 42.5 faizi hakim partiyaya 7 faizi isə Miliyyətçi Xalq Partiyasına səs verəcəyini bildirib. 

Mak araşdırma müəssisəsinin proqnozuna görə böyük ehtimalla Türkiyənin 24 iyun seçkiləri ikinci dövrə çəkəcək.

Türkiyədən növbədənkənar parlament və prezident seçkiləri 2018-ci il 24 iyunda keçiriləcək.  

Teqlər