Apr 23, 2018 10:03 Asia/Baku
  • Türkiyə seçkilərində mübarizə aparacaq partiyaların siyahısı elan olunub
    Türkiyə seçkilərində mübarizə aparacaq partiyaların siyahısı elan olunub

Türkiyə Ali Seçki Şurası bazar günü gecə 24 iyun 2018-ci il tarixli prezident və parlament seçkilərində iştirak etmək üçün icazə verilmiş partiyaların siyahısını yayımlayıb.

İRNA-nın məlumatına görə, Türkiyə Ali Seçki Şurasının sədri Sadi Güven bir bəyanatda bildirib: Ədalət və İnkişaf Partiyası AKP, Müstəqil Türkiyə Partiyası BTP, Böyük Həmrəylik Partiyası BBP, Cümhuriyyət Xalq Partiyası CHP, Demokrat Partiyası DP, Xalqların Demokratiyası Partiyası HDP, Yaxşılıq Partiyası İP, Milli Hərəkat Partiyası MHP, Səadət Partiyası və Vətən Partiyası növbədənkənar seçkilərdə iştirak edə biləcək on partiyadır. 

Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təklif layihəsi cümə günü parlamentin plenar iclasında təsdiqləndi. 

Türkiyə parlamentinin 538 deputatından 386 nəfəri bu layihənin lehinə səs verdi. 

Buna əsasən, Türkiyədə 26-cı parlament seçkiləri və prezident üsul idarəsi çərçivəsində ilk prezident seçkiləri 24 iyun tarixində keçiriləcək. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü MHP sədri Dövlət Baxçalı ilə birgə iclasdan sonra Türkiyədə növbədənkənar seçkilərin keçirilməsindən xəbər verdi. 

Ərdoğanın açıqlamasından bir neçə saat sonra hakim Ədalət və İnkişaf Partiyası və Milli Hərəkat Partiyası tərəfindən növbədənkənar seçkilərin keçirilməsi layihəsi parlamentə təqdim olundu. 

2017-ci ildə keçirilən referendum nəticəsində Türkiyə konstitusiyasında aparılan islahatlara əsasən, növbəti prezident və parlament seçkiləri 3 noyabr 2019-cu ildə keçirilməli idi. 

Türkiyə konstitusiyasının islahatında nəzərdə tutulub ki, ölkə parlamenti növbədənkənar seçkilərin keçirilməsinə qərar verərsə, hər iki seçki bir gündə keçiriləcək. 

Türkiyənin MHP Və AKP partiyaları seçkilərdə qalib gəlmək üçün prezident koalisiyası təşkil ediblər. 

Teqlər