Apr 23, 2018 17:15 Asia/Baku
  • Səadət partiyası sədri AKP-ni tənqid etdi
    Səadət partiyası sədri AKP-ni tənqid etdi

Türkiyənin Səadət partiyasının sədri deyib: Ölkənin hazırkı hökuməti daxili və xarici siyasət arenasında problemləri həll etmək iqtidarında deyil.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Təməl Karamollaoğlu bazar günü hakim Ədalət və İnkişaf Partiyasının 16 illik funksiyasını tənqid edərək deyib: Türkiyə iqtisadiyyatı dalana dirənib və hakimiyyətin bu böhranın həlli üçün heç bir həll yolu yoxdur. 

Karamollaoğlu deyib: Türkiyə hökumətinin xarici siyasət arenasında da heç bir stabilliyi yoxdur. Belə ki, bir gün bir ölkəni dost və müttəfiq sayır, bir müddət sonra həmin ölkəni Türkiyənin düşməni adlandırır. 

Səadət partiyasının sədri həmçinin deyib: Ölkə rəsmiləri bütün milli ehtiyatları və sərvətləri xərcləyir, TÜrkiyəni dünyanın ən böyük borclusuna çeviriblər, bununla belə iqtidardan əl çəkmirlər və öz yanlış siyasətlərini yürütməkdə israrlıdırlar. 

Karamollaoğlu Türkiyədə 24 iyunda prezident və parlament seçkilərinin keçirilməsinə toxunub və deyib: Səadət partiyası Türkiyəni ən yaxşı şəkildə idarə edə biləcək, ölkənin problemlərini ən qısa zamanda həll edə biləcək şəxsi təqdim etmək ardıncadır. 

Teqlər