Apr 26, 2018 17:46 Asia/Baku
  • Türkiyə ordusunun onlarla zabiti həbs olunub

İnformasiya mənbələri Türkiyə ordusunun müxtəlif rütbəli onlarla zabitinin həbs olunmasından xəbər veriblər.

Türkiyənin İstanbul şəhərindəki Aksaray məntəqəsinin prokurorluğu Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə Türkiyə ordusunun müxtəlif rütbəli qırx bir zabitinin həbs olunması haqda hökm çıxarıb.

Bu şəxslərdən ikisi polkovnik rütbəsinə malikdir.

Son məlumatlara görə, Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən bu gün səhər tezdən eyni vaxtda bu ölkənin 25 vilayətində başladılmış əməliyyatlarda 35 nəfər həbs olunub və daha altı nəfərin həbsi üzrə əməliyyat davam edir.

Türkiyənin dövlət başçıları Gülən qrupu ilə bağlı şəxslərin sayını təqribən 170 min nəfər elan ediblər. Onlar bildiriblər ki, bu şəxslər birbaşa və ya dolayısı ilə 2016-cı il on beş iyul çevrilişində rol oynayıblar.

Bu uğursuz çevrilişdən sonra indiyədək əlli mindən çox nəfər Türkiyədə Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə həbs olunub və təqribən 120 min nəfər bu ölkədə dövlət işlərindən çıxarılıbdır.

Türkiyə dövləti Fəthullah Güləni 2016-cı il on beş iyul çevrilişinin amili hesab edir, amma Gülən bu çevrilişdə əlinin olmasını rədd edərək, deyir ki, dövlət çevriliş bəhanəsilə siyasi müxalifləri geniş şəkildə yatırmaq niyyətindədir.

Teqlər