Apr 26, 2018 17:56 Asia/Baku
  • İran və Türkiyənin müdafiə anlaşması vurğulanıb

İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat müavini əvəzi Türkiyə ilə əlaqələrin genişləndirilməsi və müdafiə anlaşmasına təkid edib.

İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat müavini əvəzi aviasiya general-mayoru Seyid Mohəmməd Ələvi bu gün Türkiyənin Antalya şəhərində keçirilən "Avrasiya Air Şou-2018" aviasiya sərgisinin kənarında IRNA müxbiri ilə müsahibədə dostluq əlaqələrinin olmasını hərbi, müdafiə və texniki biliyin, eləcə də məhsulların mübadiləsi üçün zəruri sayıb və bildirib ki, bu sahədə İran ilə Türkiyə arasında yaxşı anlaşma başlanıbdır.

Seyid Mohəmməd Ələvi İranın "Avrasiya Air Şou-2018" aviasiya sərgisində iştirakını Türkiyə ilə əlaqələrdə müsbət addımlardan adlandırıb və belə əlavə edib: Qonşu ölkələrlə hərbi və müdafiə sahələrində dostcasına əlaqələr İran İslam Respublikasının xarici əlaqələrinin prioritetində durur.

O, "Avrasiya Air Şou-2018" aviasiya sərgisində İran pavilyonunda təqdim olunan məhsulları modern texnologiyaya uyğun və ali dəyərləndirib və deyib ki, bu sərgidə dostcasına müdafiə əlaqələri və həmkarlıqlar üçün digər ölkələrlə anlaşma həyata keçirilib.

"Avrasiya Air Şou-2018" aviasiya sərgisi İran İslam Respublikasının aviasiya sənayesi və hava-kosmos sənayesi nümayəndələrinin iştirakı ilə dünən Türkiyənin Antalya şəhərinin hava limanında başlanıb. Sərgi beş gün davam edəcək.

Teqlər