May 16, 2018 10:41 Asia/Baku
  • Ərdoğan ABŞ-a xitabən: Sən haqlı deyilsin, tarix səni unutmayacaq
    Ərdoğan ABŞ-a xitabən: Sən haqlı deyilsin, tarix səni unutmayacaq

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ABŞ-ın İsrailin Qəzzədəki qanunsuz hərəkətlərini himayə etdiyini deyib.

İRİB-nin verdiyi məlumata görə, Türkiyə prezidenti çərşənbə axşamı Britaniyanın baş naziri Tereza Mey ilə birgə mətbuat konfransında Qəzzə sərhədlərində yaşana son hadisələrə işarə edərək, deyib: ABŞ Fələstin məsələsi ilə bağlı son rəftarlarında bir vasitəçi deyil, münaqişə tərəflərində biri olduğunu göstərmiş oldu.

Ərdoğan həmçinin deyib: Bu gün Qəzzədə yaşanan hadisələr ABŞ-ın siyasətlərinin nəticəsidir.

Türkiyə prezidenti daha sonra dünya ictimaiyyəti və BMT-dən Fələstin xalqına kömək etməsini istəyib və deyib: Amerika "mən güclüyəm, deməli haqlıyam" deyir. Xeyir. Haqlı deyilsin. Tarix səni bağışlamayacaq. İsraili isə heç bağışlamayacaq.

Türkiyənin fələstinli yaralılara yardım etməyə hazır olduğunu deyən Ərdoğan İsrailin regionda zorakılıq və terrorizmin mənşəyi adlandırıb.

Türkiyə prezidenti daha sonra İsrailin baş naziri Benyamin Netanyahunun əllərinin fələstinlilərin qanına bulaşdığını deyərək, bu gerçəkliyi Türkiyəni hədəfə almaqla ört-basdır edə bilməyəcəyini deyib.

Britaniyanın baş naziri Tereza Mey də Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə birgə mətbuat konfransında Qəzzə və İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı Ərdoğan ilə müzakirələrinin olduğunu deyərək, İsrail hərbçilərinin fələstinlilərlə rəftarının nigaranlıq doğurduğunu deyib və bildirib: Bu zorakılıqlar sülh müzakirələrini məhv edəcək.

Dünən fələstinlilərin İsrailin işğalçılığına və ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz yürüşlərində 60-dan çox fələstinli şəhid edilib, 2500 insan isə yaralanıb.

ABŞ prezidenti Donald Trampı 6 dekabr 2017-ci il tarixində Qüdsü rəsmən İsrailin paytaxtı olaraq tanımış və bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş vermişdi.

Buna bamxayaraq, ABŞ səfirliyinin açılış mərasimində iştiraka dəvət olunmuş 86 ölkədən 54-ü bu dəvəti rədd edərək, mərasimi boykot etmişdi.

Teqlər