May 24, 2018 19:45 Asia/Baku
  • Yunanıstan Türkiyədən qaçan hərbçilərə sığınacaq verib

Yunanıstan Ali Məhkəməsi uğursuz dövlət çevrilişindən sonra Türkiyədən qaçan hərbçilərə sığınacağın verilməsi ilə razılaşıb.

İRİB-in məlumatına görə, Türkiyə Kütləvi İnformasiya Vasitələri bu gün bildiriblər: Yunaıstan Ali Məhkəməsinin Mərkəzi Şurası 15 iyul 2016-cı il uğursuz dövlət çevrilişindən sonra Türkiyənin fərari hərbçilərinə sığınacağın verilməsi ilə razılaşıb. 

Bildirilir ki, bu şəxslər təxminən 18 ay Yunanıstanda həbsdə olublar. Azad olunduqdan sonra güclü təhlükəsizlik tədbirləri ilə Afinadan kənarda naməlum məkana aparılıblar. Beləliklə bu şəxslər pasport dərəcəsində kağızlar alaraq Avropa ölkələrinə səfər edə bilərlər. 

Türkiyə ötən iki ildə dəfələrlə bu şəxslərin Yunanıstandan ekstradisiya olunmasını istəyib. 

Teqlər