May 27, 2018 13:18 Asia/Baku
  • Türkiyə və Rusiya arasında qaz boru kəmərinin çəkilməsi üzrə anlaşma sənədi imzalanıb

Rusiya qazının Türkiyə yolu ilə Avropaya nəql edilməsi məqsədilə iki ölkə arasında qaz boru kəmərinin çəkilişi ilə bağlı anlaşma sənədi imzalanıb.

İRNA-nın məlumatına görə, Rusiyanın Qazprom şirkəti ilə Türkiyənin Butaş şirkəti arasında 2 qaz boru kəmərinin çəkilməsi üzrə anlaşma sənədi imzalanıb. Bu qaz boru kəmərlərindən biri Rusiya qazını Türkiyəyə nəql etməlidir. İkinci qaz boru kəməri isə Rusiya qazının Türkiyə yolu ilə Avropaya nəql edilməsi üçün nəzərdə tutulub.

Bu qaz boru kəmərinin 910 kilometri Qara Dənizin dibindən keçəcək. Layihənin 260 kilometrlik hissəsi isə quru ərazisində olacaq.

Rusiyanın Qazprom şirkəti Rusiya qazını Türkiyəyə nəql edəcək "Türk Axını" boru kəmərinin Qara Dənizin dibindən keçən hissəsinin çəkilişinin başa çatmasından xəbər verib.

Teqlər