İyun 04, 2018 09:00 Asia/Baku
  • Ərdoğandan Türkiyə kürdlərinə çağırış
    Ərdoğandan Türkiyə kürdlərinə çağırış

Türkiyə prezidenti kürd vətəndaşları qarşıdan gələn prezident seçkilərində iştiraka çağırıb.

FransPress-in Diyarbəkrdən verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan dünən öz seçki kampaniyasının davamında Diyarbəkr şəhərində əksəriyyətini kürdlərin təşkil etdiyi toplantıda etdiyi çıxışında deyib ki, onun rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası Diyarbəkr bölgəsində yenidən qurma və təhlükəsizliyin təmini sahəsində ən əsas rola malik olub. 

Türkiyə prezidenti Diyarbəkrdəki hazırlı sakitliyin son 40 ildə misilsiz olduğunu bildirərək deyib: Son illərdə heçvaxt hökumət bu qədər xalqa yaxın olmamışdır. 

Türkiyədə növbədənkənar parlament və prezident seçkilərinin cari il 24 iyunda keçiriləcəyi qərara alınıb. 

 

Teqlər