İyun 18, 2018 11:55 Asia/Baku
  • Kürdlərin partiyasının namizədi Ərdoğanın fəaliyyətini tənqid edib
    Kürdlərin partiyasının namizədi Ərdoğanın fəaliyyətini tənqid edib

Türkiyə prezident seçkilərinə namizəd olan Xalqların Demokratik Partiyasının məhbus sədri Səlahəddin Demirtaş Ərdoğan hökumətini despot hökumət adlandırıb.

Türkiyə prezident seçkilərinə namizəd olan Xalqların Demokratik Partiyasının məhbus sədri Səlahəddin Demirtaş Türkiyənin TRT dövlət televiziya kanalı ilə yayımlanan zindandan verdiyi müraciətdə bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanın hökumətini tənqid edib.

Rəcəb Tayyıb Ərdoğan gələn həftə keçiriləcək prezident seçkilərinə daha bir dövr üçün namizədliyini irəli sürüb.

Xalqların Demokratik Partiyasının sədri bu telemüraciətdə hakim Ədalət və İnkişaf Partiyasının sədri Ərdoğanı siyasi dəlillərə görə, onu zindana salmaqda ittiham edib.

Demirtaş əlavə edib: Mənim hazırda burada olmağımın yeganə dəlili budur ki, Ədalət və İnkişaf Partiyası məndən qorxur. O, sonra Ərdoğan hökumətini pisləyib.

Xalqların Demokratik Partiyasının sədri öncədən onun Türkiyənin şimal-qərbində yerləşən Edirne həbsxanasındakı kamerasında lentə alınmış bu çıxışında tünd kostyumda görünübdür. Türkiyə rəsmiləri ona bu kanalın Ankarada yerləşən yayım məkanına gəlmək icazəsi verməyiblər.

Demirtaşın müraciətinin TRT-dən yayımlanması bir çox nəzarətçinin bu telekanalın həddən artıq Rəcəb Tayyıb Ərdoğanın seçki kampaniyası və təbliğatı ilə məşğul olduğunu tənqid etməsinin ardınca baş tutubdur. Türkiyə tarixində ilk dəfədir ki, Türkiyə prezident seçkilərinə namizədlərdən biri zindandakı kamerasından xalq ilə danışır.

Xalqların Demokratik Partiyasının sədri bu müraciətin davamında deyib: Hazırda Türkiyədə təcrübə etdiyimiz məsələ bir despot rejimin bir hissəsidir, amma onun hövlnak hissəsi hələ gəlib çatmayıbdır.

O, daha sonra Türkiyə xalqından istəyibdir ki, azadlığa səs versin. Demirtaş vurğulayıb: Biz ölkəmizin uçuruma düşməsinə icazə verməməliyik.

45 yaşlı vəkil Demirtaş 2016-cı ilin uğursuz 15 iyul çevrilişindən sonra Türkiyə hökumətinin apardığı siyasi təmizləmələrin qızğın çağında- həmin il noyabrın dördündə Xalqların Demokratik Partiyasının bir qrup digər nümayəndəsilə birgə həbs olundu. O, PKK-ya üzv olmaqda və bu partiya üçün təbliğat aparmaqda ittiham olunur. Ankara, Avropa Birliyi və Amerika bu partiyanı terror təşkilatları siyahısına daxil ediblər. Demirtaşa vurulan ittihamlara görə, onun həbsi ehtimal üzrə 142 il sürə bilər. 

Amma bütün bu hərəkət və ittihamlar Xalqların Demokratik Partiyasının bu il keçiriləcək Türkiyə prezident seçkilərinə namizəd irəli sürməsinə mane ola bilməyibdir. 

Türkiyə prezident və parlament seçkiləri iyunun 24-də keçirilməlidir.

Teqlər