İyun 20, 2018 08:27 Asia/Baku
  • Ərdoğan: Qəndilə hücum davam etdiriləcək
    Ərdoğan: Qəndilə hücum davam etdiriləcək

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dünən gecə deyib: Ankara İraqın şimalında Qəndil bölgəsində PKK-ya qarşı hücumlarını davam etdirəcək.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Ankara son günlər ərzində Qəndilin ələ keçirilməsi ehtimalından da söz açımışdır. 

Türkiyə hökumətinin sözçüsü və baş nazirin müavini Bəkir Bozdağ iyunun 5-də Türkiyə hərbçilərinin İraqın şimalındakı fəaliyyətlərinə toxunaraq Qəndil yüksəkliklərinin Türkiyə ordusu tərəfindən ələ keçirilməsi ehtimalından xəbər vermişdi. 

Türkiyənin daxili işlər naziri Süleyman Soylu da Qəndil yüksəkliklərinin ələ keçirilməsinin uzaq hədəf olmadığını bildirərək deyib: Türkiyə hərbçiləri hal-hazırda İraqın şimalında Hakurk bölgəsində bəzi əraziləri nəzarətə alıblar. 

Son illərdə Türkiyə PKK-ya qarşı əməliyyatlar adı altında İraq və Suriya ərazirlərinə müdaxilə etmiş və bu iki ölkə ərazilərinin bir hissəsini işğal etmişdir. Bu müdaxilələr İraq, Suriya və digər ölkələrin reaksiyasına səbəb olub.  

Teqlər