İyun 22, 2018 10:30 Asia/Baku
  • Konqres F-35 qırıcılarının Türkiyəyə satışını dayandırmağa çalışır
    Konqres F-35 qırıcılarının Türkiyəyə satışını dayandırmağa çalışır

ABŞ Konqresi Türkiyəyə Rusiyadan S-400 zenit-raket kompleksini satın almaq üzrə müqaviləni ləğv etmək üçün təzyiq göstərir.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, ABŞ Senatının komitəsi cümə axşamı günü bir layihəni qəbul edib. Layihəyə əsasən Türkiyə Rusiyadan S-400 zenitk-raket kompleksinin satın alınması proqramını dayandırmazsa, F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının qarşısı alınacaq. 

Bu layihə qanuna çevrildiyi halda ABŞ Dövlət Departamentinin Türkiyənin Rusiyadan zenit-raket komplekslərini satın almadığını təsdiqləmədiyi zamanadək F-35 qırıcı təyyarələrinin Türkiyəyə verilməsinin qarşısı alınacaq. 

Layihəni dəstəkləyən demokrat senator Kris Ven Holen bir bəyanatda bildirib: Türkiyənin eyni vaxtda Rusiya və ABŞ-dan hərbi vasitələr alması ruslara F-35 qırıcı təyyarələrinin imkanlarını çox asanlıqla dəyərləndirmək və onların zəif nöqtələrini müəyyənləşdirmək imkanı yaradır. Bu isə qəbulediləsi deyildir.

Türkiyə əleyhinə layihə Senat və Nümayəndələr Palatasında təsdiqlənməli və ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanmalıdır. Bu baş verdiyi halda, sonda qanuna çevriləcək. 

Türkiyənin NATO üzvü olduğuna rəğmən, son iki il ərzində bu ölkə ilə ABŞ arasında gərginlik yüksələn xətt üzrə inkişaf edir. 

Teqlər