İyun 22, 2018 10:56 Asia/Baku
  • Məhərrəm İncə
    Məhərrəm İncə

İzmir şəhərində seçkilər üzrə təbliğat-təşviqat kampaniyasında on minlərlə Türkiyə vətəndaşı Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi Məhərrəm İncəni dəstəklədiyini elan edib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, İzmir şəhərində keçirilən kampaniyada on minlərlə vətəndaş bazar günü keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi Məhərrəm İncəni dəstəklədiyini elan edib. 

Təbliğat-təşviqat kampaniyasının təşkilatçıları iştirakçıların sayını 2 milyon 500 min nəfər elan ediblər. Lakin müstəqil dairələr bu sayı təsdiqləməyiblər. 

Siyasi analitiklər Məhərrəm İncənin Türkiyə prezident seçkilərinin ikinci tura getməsinə səbəb ola biləcəyini və prezidenlik uğrunda 8 iyulda Ərdoğanla rəqabət aparacağını deyirlər. 

Məhərrəm İncə İzmirdə tərəfdarları qarşısında deyib: Ərdoğan yorğun, tənha və təcrid olunmuş şəxsdir. Ərdoğan xalqına hörmət etməyən təkəbbürlü insandır. 

Ekspertlərin qənaətincə, Məhərrəm İncə münasib proqramları ilə həm partiyasının kütlə bazasını gücləndirə, həm də partiya tərəfdarı olmayan müstəqil və ya qərarsız qalan digər şəxslərin dəstəyini qazana və bazar günü seçkilərində vəziyyəti Ərdoğan üçün çətinləşdirə bilər. 

Ərdoğanın hələ də Türkiyənin ən sevimli siyasətçisi olduğuna, növbəti seçkilərdə öz vəzifəsində qala biləcəyi proqnoz edildiyinə rəğmən, rəy sorğuları və araşdırmaların nəticələri prezident seçkilərinin ilk turunda səslərin 50%-ni qazanacağına və elə birinci turda qələbəsini qətiləşdirəcəyinə inanmadığını göstərir. 

1-ci turda Türkiyə prezident seçkilərinin namizədlərindən heç biri səslərin 50%-dən çoxunu qazana bilməzsə, 2-ci tur 8 iyulda keçiriləcək. 

Ərdoğandan 10 il gənc olan 54 yaşlı Məhərrəm İncə Fransa İnformasiya Agentliyi ilə müsahibədə də bildirib: Türkiyənin yorğun, hay-küy salan şəxsə deyil, nəfəs almağa ehtiyacı var, Türkiyənin sülh və rifaha ehtiyacı var. Türkiyənin daha gənc və daha soyuqqanlı liderə ehtiyacı var. 

Türkiyə hökumətinin ana müxalifəti yəni Cümhuriyyət Xalq Partiyası CHP-nin əsas namizədi olan Məhərrəm İncə özünü Ərdoğanın tam və sərt tənqidçisi hesab edir. 

Ərdoğan 2003-cü ildən iqtidarı koalisiya formasında təşkil etməklə razılaşmadan ilk öncə baş nazir, sonra isə prezident kimi ölkəni idarə etmişdir. 

Məhərrəm İncə Türkiyə prezidenti olduğu halda ölkənin idarə olunmasında bütün partiya və təşkilatların paya sahib olacağını vurğulayıb. 

O deyib: Hicablı və ya hicabsız qadınlar, müxtəlif sol və ya sağ cinahlar, türk ya kürd, ələvi və ya sünninin heç bir fərqi yoxdur. 

Teqlər