İyun 24, 2018 10:47 Asia/Baku
  • Türkiyədə seçkilər
    Türkiyədə seçkilər

Bu gün Türkiyədə keçirilən prezident və parlament seçkiləri gedişinə 415 beynəlxalq müşahidəçi nəzarət edir.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, 8 beynəlxalq təşkilatı təmsil edən 415 beynəlxalq müşahidəçi bu gün Türkiyədə keçirilən prezident və parlament seçkilərinin gedişinə nəzarət edir. 

Bu müşahidəçilər həmçinin, səslərin sayılması prosesinə də nəzarət edərək, seçkilərin sağlamlığı və gedişi ilə bağlı təmsil etdikləri qrumları məlumatlandırırlar. 

Türkiyədə prezident seçkilərində 6 namizəd rəqabət aparır. Parlament seçkilərində isə 4200 namizəd iştirak edir. 

Türkiyədə seçki qanunlarına əsasən seçkilərin keçirilməsinə 24 saat qalmış bütün seçki təbliğatları dayandırılıb. 

Türkiyənin hazırkı prezidenti və hakim Ədalət və İnkişaf Partiyasının rəhbəri Rəcəb Təyyib Ərdoğan, Səadət partiyasının rəhbəri Təməl Karamollaoğlu, Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə, Vətən Partiyasının rəhbəri Doğu Perincək, İyi Partiyasının rəhbəri Maral Akşənər və Xalqların Demokratik Partiyasının sabiq rəhbəri və hazırda həbsdə olan Səlahəddin Dəmirtaş prezident seçkilərində rəqabət aparan 6 namizəddir. 

Türkiyə Konstitusiyasına edilən dəyişikliyə əsasən, bu ölkənin siyasi quruluşu parlament üsul idarəsindən prezident üsul idarəsinə dəyişdirilmiş olub. Və bu günkü prezident və parlament seçkiləri yeni üsul idarə əsasında keçirilən ilk seçkilərdir. Yeni qanunun icra edilməsi ilə prezident daha artıq səlahiyyətlərə malik olacaq. Baş nazirlik vəzifəsinin ləğv edilməsi ilə nazirlər kabinetinə birbaşa olaraq prezident başçılıq edəcək. 

Türkiyənin hazırkı prezidenti Rəcəb Təyyib Ərdoğan 2014-cü ildən Türkiyənin prezidentidir. 

Prezident seçkilərində namizədlərdən hər hansı birinin səslərin 50%-dən çoxunu əldə edə bilməyəcəyi təqdirdə, seçkilərin nəticəsi ikinci mərhələdə müəyyənləşəcək. 

Türkiyədə prezident və parlament seçkiləri ikinci mərhələyə uzanarsa, seçkilərin ikinci mərhələsinin iki həftə sonra keçiriləcəyi proqnoz edilir. 

Teqlər