İyun 25, 2018 08:30 Asia/Baku
  • Məhərrəm İncə: rdoğanın qələbəsini qəbul edirəm
    Məhərrəm İncə: rdoğanın qələbəsini qəbul edirəm

Türkiyə Xalq Cümhuriyyət Partiyası- CHP-nin namizədi və Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyıb Ərdoğanın ən yaxın seçki rəqibi bu gün səhər tezdən bildirib ki, Ərdoğanın seçkilərdəki qələbəsini qəbul edir.

Məhərrəm İncə eyni zamanda bildirib ki, keçirilmiş seçkilər ədalətsiz və qeyri-bərabər olubdur.

Türkiyənin 26-cı parlament və prezidentlik sistemi çərçivəsində bu ölkənin ilk prezident seçkiləri dünən- iyunun 24-də eyni vaxtda keçirildi.

Türkiyə prezident seçkilərində səs qutularının 98 faizindən səslərin hesablanmasına əsasən, Rəcəb Tayyıb Ərdoğan səslərin təqribən 52,51 faizini əldə edərək, Türkiyə prezidenti olub, Məhərrəm İncə isə səslərin 30,73 faizini qazanıbdır.

Ərdoğan bir saat öncə seçkilərdə qələbə qazandığıənı bildirmişdi. Ərdoğanın sözlərinə görə, səsvermə şəratinə malik olanların 90 faizi 24 iyun seçkilərində səs verib.

Türkiyə prezident seçkilərində altı namizəd bir-birilə rəqabət aparıb. Onlar Ədalət və İnkişaf Partiyası və Milli Hərəkət Partiyasından ibarət olan "Respublika" koalisiyasının namizədi- Rəcəb Tayyıb Ərdoğan, Türkiyə Xalq Cümhuriyyət Partiyası- CHP-nin namizədi Məhərrəm İncə, Xalqların Demokratik Partiyasının həbsdə olan namizədi Səlahəddin Demirtaş, İYİ Partiyanın namizədi Meral Akşener, Səadət Partiyasının namizədi Təməl Kəramallah oğlu və Vətən Partiyasının namizədi Doğu Perincək olubdur. 

Türkiyənin 26-cı parlament seçkilərində də səkkiz partiya bir-biri ilə rəqabət aparıbdır.

"Respublika" koalisiyası parlament seçkilərində təqribən 53,58 faiz səs qazanıbdır.

Xalq Cümhuriyyət Partiyası, Səadət Partiyası və İYİ Partiya da parlament seçkilərində səslərin təqribən 34, Xalqların Demokratik Partiyası isə səslərin 11, 53 faizini əldə ediblər.

Teqlər