İyul 01, 2018 20:25 Asia/Baku
  • Ərdoğan yerli seçkilərə hazırlaşır
    Ərdoğan yerli seçkilərə hazırlaşır

Türkiyə prezidenti Milliyyətçi Hərəkat Partiyası ilə birlikdə 2019-cu il 31 mart seçkilərinə hazırlıqdan xəbər verib.

İRNA-nın verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dünən gecə İstanbulda AKP tərəfdarlarının toplusunda deyib ki, ölkənin idarəçiliyində və yeni parlamentdə MHP ilə Cümhur birliyi çərçivəsində hərəkət edəcək. 

Cümhur birliyi AKP ilə MHP arasında yaradılan birlikdir və CHP, Səadət partiyası , Demokrat Partiyası və İyi Partiyası qarşısında 24 aprel seçkilərində qalib qəldi. 

Türkiyədə yerli seçkilərin gələn il martın 31-də keçiriləcəyi bildirilir. Bu seçkilərdə 81 vilayətin şəhərlərinin merləri müəyyənləşəcək. 

Türkiyənin Ali Seçki Şurasının rəsmi statistikasına görə, Türkiyədə konstitusiyaya dəyişiklikdən sonrakı ilk prezident seçkilərində Rəcəb Təyyib Ərdoğan səslərin 53 faizini qazanaraq ölkənin yeni prezidenti seçildi.  

Teqlər