İyul 10, 2018 16:49 Asia/Baku
  • Son 4 ildə Türkiyədə 500 min iqtisadi obyekt fəaliyyətini dayandırıb
    Son 4 ildə Türkiyədə 500 min iqtisadi obyekt fəaliyyətini dayandırıb

Türkiyə sahibkarları birliyi son 4 ildə bu ölkədə yarım milyon sexin iflasa uğramasından xəbər verib.

Təsnimin verdiyi məlumata görə, Türkiyənin sahibkarlar birliyi dünən bir statistik məlumat yayaraq cari ilin son 6 ayında iflasa uğrayan sexlərin sayında 2.3 faiz artımın olduğunu bildirib. 

Birlik bildirib ki, cari miladi ilinin ilk yarısında 52 min 987 sex iflasa uğrayaraq artıb fəaliyyətini davam etdirə bilməyib. 

Bu məlumata görə, hökumətin sahibkarlara 250 milyard lir vəsayit ayırmasına rəğmən iflasa uğrayanların sayında artım da baş verib. 

Son illərdə Türkiyədə 2016-cı il uğursuz dövlət çevrilişi ilə əlaqədar çoxlu sayda adam həbs edildi, işdən qovuldu, eləcə də Türkiyə sərhədlərindən kənarda Fürat qalxanı və Zeytun budağı hərbi əməliyyatlar Türkiyə iqtisadiyyatına mənfi iz buraxmışdır. 

Teqlər