İyul 12, 2018 17:54 Asia/Baku
  • Türkiyədə uğursuz dövlət çevrilişində ittiham olunan 100-dən çox şəxs ömürlük azadlıqdan məhrum edilib

Türkiyə məhkəməsi 2016-cı il 15 iyul uğursuz dövlət çevrilişində ittiham olunan yüz nəfərdən çox şəxsi ömürlük azadlıqdan məhrum edib.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, 1,5 il cinayət işi araşdırıldıqdan sonra 2016-cı il 15 iyul uğursuz dövlət çevrilişində ittiham olunan 106 nəfər ağır rejimli şəraitdə ömürlük, 4 nəfər isə ömürlük azadlıqdan məhrum edilib. 

Məlumata görə, həmçinin çevrilişlə əlaqədar 22 müttəhim 17 il, beş nəfər isə 15 il azadlıqdan məhrum edilib. 

Anadolu İnformasiya Agentliyi bildirib ki, Türkiyə məhkəməsi 2016-cı il uğursuz dövlət çevrilişində ittiham olunan 142 nəfərin işini 19 iyulda araşdırmağa başlayacaq. 

Türkiyədə 2016-cı il 15 iyul uğursuz hərbi çevrilişdən sonra, Rəcəb Tayyib Ərdoğan hökumətinin on minlərlə müxalifi həbs olunub. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə ölkədə fövqəladə vəziyyət tətbiq olunmaqla yanaşı,dövlət orqanlarında çalışan təxminən 150 min nəfər uğursuz dövlət çevrilişi ilə əlaqədar işdən kənarlaşdırılıb.